Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

İqtisadiyyat

  1. Ana səhifə
  2. İqtisadiyyat
  1. İqtisadiyyat

“Əvvəl 700 dollara aldığın malı, indi 1 400 dollara alırsan, dövlətdən xahiş etdik ki, ucuz qiymətə kredit versin” – MÜSAHİBƏ

“Əvvəl 700 dollara aldığın malı, indi 1 400 dollara alırsan, dövlətdən xahiş etdik ki, ucuz qiymətə kredit versin” – MÜSAHİBƏ | FED.az
10:44 15 Mart 2022

FED.az “Azərsun Holdinq” MMC-nin Müşahidə Şurasının sədri, bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şuranın sədri Abdolbari Gözəlin (Abdolbari Goozal)  müsahibəsini təqdim edir:

«Eləcə də bax: Abdolbarı Gözəl: «Pencəyimi də satmalı olsam, maaşları ləngitmərəm»

Eləcə də bax: "Vəziyyət belə davam edərsə, biz bu bazarı itirəcəyik”

- Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiya Prezidenti Vladimir Putin ölkədən bir sıra məhsulların xüsusilə də taxıl və şəkərin ixracını qadağan etdi. Azərbaycanın ən böyük şirkətinin sahibi olaraq ölkəmizdə bu məhsullara qarşı yarana biləcək əlavə tələbatı qarşılamağa hazırsınız?

- Biz çox ciddi tədbirlər görürük. Heç bir nigarançılığa yer yoxdur. Ehtiyat anbarlarımız, imkanlarımız var. Bizdə elə böyük yüksəliş, elə böyük qiymət artımları gözlənilmir. Dünya bazarına görə, 3-5 % artım ola bilər. Amma anbarlarımızda ehtiyatlarımızın olması imkan vermir ki, hər partiya fərqli qiymətə olsun. Biz ehtiyat məhsullarımızla satışdakı məhsulları qarşılaşdırırıq və burada da Azərbaycan xalqı qazanır. Məhz apardığımız balanslaşdırma nəticəsində insanlar birdən-birə şokla qarşı-qarşıya qalmır. Bu baxımdan dövlətimizə də yardım etmiş oluruq.

- Koronavirus pandemiyası (COVID-19) təzə başlayanda bank nümayəndələrindən və sahibkarlardan ibarət İctimai Şuranın yaradılmasına qərar verilmişdi. Bu Şuraya siz rəhbərlik edirsiniz. Bu vaxta qədər sahibkarlar hansı problemlərlə bağlı müraciət edib və onların həlli istiqamətində hansı addımlar atılıb?

- İndi əsas problem budur ki, əvvəllər bir malı alırdın 700 ABŞ dollarına, indi isə onu 1 400 ABŞ dollarına alırsan. Yəni qiymətlər iki dəfə artıb. Sahibkarın əlindəki pul çatmır ki, daha çox mal gətirib özünə ehtiyat yaratsın. Malın bahalaşması pul çatışmazlığına səbəb olub.

Məhz bu səbəbdən də biz dövlətdən də xahiş etdik ki, sahibkarlara bir az ucuz qiymətə kredit versin və sahibkarlar bu üsuldan istifadə edib daha çox mal gətirib ehtiyat saxlaya bilsin.

- Amma dövlət kiçik və orta biznes üçün dəstək mexanizmləri hazırlayıb. Müəyyən kredit imkanları yaradılıb...

- Bəli, onlar ayrı. Dövlət onlara kömək etməlidir və edir. Mənim dediyim sahibkarlar mal gətirir, yaxud burada istehsalla məşğuldurlar. Onlara kredit dəstəyi verilsə bu biznesin qorunması və inkişaf etdirilməsi baxımından rahat olar.

- Ölkəmizin ən böyük ixracatçı şirkətlərindən birinin rəhbəri olaraq hazırda bu sahədəki durumu necə dəyərləndirirsiz?

- İxracımız davam edir. Amma biz ilk olaraq Azərbaycanı düşünürük. Azərbaycan bazarını qarantiyə aldıqdan sonra ixracı da həyata keçiririk.

- Siz qiymət artımının o qədər də yüksək olmayacağını qeyd edirsiniz. İstehsalınızda xammalla bağlı vəziyyət necədir? Elə bir məhsul varmı ki, onun xammalını 100 % yerli məhsul olsun?

- Bəli, var. Məsələn kağız-karton məhsullarını biz yerdən yığırıq və onları karton şəklinə gətirib camaata veririk.

- Amma deyəsən bu sahədə zərərlə çalışırsınız...

- Xeyr. Kartonda vəziyyət o qədər də pis deyil. Həmçinin duz istehsalı. Burada da xammalımız yerli məhsuldur. Həmçinin konservlərdə də xammal 100 % yerli məhsuldur. Amma qablaşmalar xaricdən alınır. Xüsusən də şüşəni xaricdən alırıq. Düzdür Azərbaycanda da şüşə qab istehsalı var və biz onlardan alırıq. Amma təəssüf ki, çatmır. Amma bu sahədə də irəliləyiş gözlənir. Yeni istehsalın olması gözlənir.

- Gözəl bəy, azad edilmiş torpaqlarda da fəaliyyət göstərirsiniz. Ötən həftə İran və Azərbaycan nümayəndə heyətinin Cəbrayıla səfəri nəzərdə tutulurdu. Hansı obyektlərə baxış keçirilməsi nəzərdə tutulurdu?

- Bəli, Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri olan İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Cəbrayıla səfərimiz nəzərdə tutulurdu. Hava şərtlərinin uyğun olmaması və bir sıra başqa texniki məsələlərə görə, səfər bir müddət sonraya təxirə salındı.

-Orada bir xəstəxana və bir məktəbin tikintisi nəzərdə tutulub. Cənab Prezident bu obyektlərin təməlini qoymuşdu, biz isə işlərin gedişinə baxış keçirməyi planlaşdırmışdıq.

- Biz tez-tez dünyada ən tanınmış sahibkarların gənclərə tövsiyələri ilə qarşılaşırıq. Azərbaycanın ən uğurlu iş adamlarından biri olaraq siz nə tövsiyə edərsiniz?

- Təbii ki, hər bir uğurlu sahibkar ayrı-ayrı yollardan keçib, fərqli çətinliklər görüb və zirvəyə yetişib. Yəni hamının keçəcəyi bir yol yoxdur.

Amma mən özümü örnək versəm, onlara tövsiyə edərəm ki, indidən sözləri bir olsun. Sözü dedi kəlləsi ilə bir olsun. Dürüst olsun! Atdığı addımda başqaları zərər görməsin, əksinə xeyir görsün!

Bu 3 məsələni özlərinə hədəf götürsünlər! Məncə bunlara riayət edən gənc qabağa gedəcək. (Report)

Banner
Banner
  • Sahibkar
  • pul
  • mal
  • ehtiyat
  • Azərsun Holdinq
  • Abdolbari Gözəl
Paylaş

Digər xəbərlər

Neft və qaz xaric Azərbaycanın ixracı idxalından 4,5 dəfə azdır - BÖYÜK KƏSİR YARANA BİLƏRDİ
İqtisadiyyat 17 Avq 2022
Neft və qaz xaric Azərbaycanın ixracı idxalından 4,5 dəfə azdır - BÖYÜK KƏSİR YARANA BİLƏRDİ
Dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı - PROQNOZLAR PİSLƏŞİR
İqtisadiyyat 15 Avq 2022
Dünyanın ikinci ən böyük iqtisadiyyatı ilə bağlı - PROQNOZLAR PİSLƏŞİR
İlham Əliyev: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"
İqtisadiyyat 12 Avq 2022
İlham Əliyev: "Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur"
Sahibkarlığın İnkişafı Fondu qadın sahibkara güzəştli kredit - VERDİ
İqtisadiyyat 12 Avq 2022
Sahibkarlığın İnkişafı Fondu qadın sahibkara güzəştli kredit - VERDİ
Azərbaycan iqtisadiyyatının vəziyyəti məlum oldu – RƏQƏMLƏR AÇIQLANDI
İqtisadiyyat 12 Avq 2022
Azərbaycan iqtisadiyyatının vəziyyəti məlum oldu – RƏQƏMLƏR AÇIQLANDI
Müharibənin Rusiya iqtisadiyyatını 4 il geri atacağı - GÖZLƏNİLİR
İqtisadiyyat 12 Avq 2022
Müharibənin Rusiya iqtisadiyyatını 4 il geri atacağı - GÖZLƏNİLİR
Rayonlarda un qıtlığına səbəb nədir? - VİDEO
İqtisadiyyat 12 Avq 2022
Rayonlarda un qıtlığına səbəb nədir? - VİDEO
Türkiyə Azərbaycan bazarlarına polad ixracını - ARTIRIB
İqtisadiyyat 12 Avq 2022
Türkiyə Azərbaycan bazarlarına polad ixracını - ARTIRIB
Azərbaycanın xaricə bal satışı - NİYƏ AZDIR?
İqtisadiyyat 11 Avq 2022
Azərbaycanın xaricə bal satışı - NİYƏ AZDIR?
Azərbaycana saxta və aşağı keyfiyyətli ballar bu ölkələrdən - GƏTİRİLİR
İqtisadiyyat 11 Avq 2022
Azərbaycana saxta və aşağı keyfiyyətli ballar bu ölkələrdən - GƏTİRİLİR
Azərbaycan BƏƏ-yə efir yağları ixrac edəcək – MÜQAVİLƏ İMZALANDI
İqtisadiyyat 11 Avq 2022
Azərbaycan BƏƏ-yə efir yağları ixrac edəcək – MÜQAVİLƏ İMZALANDI
Azərbaycan ixrac etdiyi pambıq - 57% BAHALAŞIB
İqtisadiyyat 11 Avq 2022
Azərbaycan ixrac etdiyi pambıq - 57% BAHALAŞIB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Bu il 802 min şəxsə sosial müavinət və təqaüd - ÖDƏNİLİB
    11:37 17 Avq 2022
  • Azərbaycan bu il 26 ölkəyə neft ixrac edib - REYTİNQ
    11:25 17 Avq 2022
  • Şuşadakı əmlaklar ilə bağlı - TENDER
    11:18 17 Avq 2022
  • Azərbaycan internetin sürətinə görə - GERİLƏYİB
    10:53 17 Avq 2022
  • Azərbaycan nefti ucuzlaşmaqda davam edir - SON QİYMƏT
    10:34 17 Avq 2022
  • “Kontakt” Nərimanovda Ən Smart mağazasını açdı-AÇILIŞA ÖZƏL KAMPANİYA
    10:20 17 Avq 2022
  • Avqust ayının pensiya ödənişi - YEKUNLAŞIB
    10:06 17 Avq 2022
  • Neft və qaz xaric Azərbaycanın ixracı idxalından 4,5 dəfə azdır - BÖYÜK KƏSİR YARANA BİLƏRDİ
    09:53 17 Avq 2022
  • “Brent” neftinin qiyməti yenidən - 93 DOLLARI ÖTDÜ
    09:36 17 Avq 2022
  • İlon Mask “Mançester Yunayted” futbol klubunu almaq istədiyini bildirib
    09:25 17 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:19 17 Avq 2022
  • “General Motors” yarım milyona qədər avtomobilini - GERİ ÇAĞIRIR
    09:06 17 Avq 2022
  • Abadlıq işlərinin satınalınması üzrə böyük tender - ELANI - SİYAHI
    08:53 17 Avq 2022
  • Bal yarmarkasının təşkili üzrə tender - ELAN OLUNDU - ŞƏRTLƏR
    08:31 17 Avq 2022
  • Nəqliyyat vasitələrinə texniki qulluq və təmir xidmətləri üzrə - TENDER ELANI - SİYAHI
    08:23 17 Avq 2022
  • İcra Hakimiyyəti böyük tender - ELAN EDİR - SİYAHI
    08:14 17 Avq 2022
  • MADO restoranlar şəbəkəsi işçi axtarır - VAKANSİYA
    20:49 16 Avq 2022
  • "Optimal Electronics" işçi axtarır - maaş 500 AZN - VAKANSİYA
    20:40 16 Avq 2022
  • "Siyəzən Broyler" işçi axtarır - əmək haqqı 500-700 AZN - VAKANSİYA
    20:32 16 Avq 2022
  • "Metak" şirkətinə işçi lazımdır - VAKANSİYA
    20:27 16 Avq 2022
  • PAŞA Bank işçi axtarır - VAKANSİYA
    20:19 16 Avq 2022
  • Türkiyədə azərbaycanılılara mənzil satışı azaldı - SİYAHI
    16:56 16 Avq 2022
  • Maliyyə Nazirliyinin istiqrazlarına tələbat - TƏKLİFİ 6 DƏFƏ ÜSTƏLƏDİ
    16:51 16 Avq 2022
  • Azərbaycanda satılan lüks avtomobillərin sayı məlum olub - SİYAHI
    16:29 16 Avq 2022
  • Facebook, Instagram hesabınızı və emailinizi ələ keçirməyə çalışırlar? - QORUMAQ ÜÇÜN ÜSULLAR - MÜSAHİBƏ
    16:24 16 Avq 2022
  • “Ağdam City Hotel” tikilir - FOTO
    16:05 16 Avq 2022
  • Ağdamın Baş planı təsdiqlənib
    15:36 16 Avq 2022
  • Gəncədə suyun verilməsində məhdudiyyət yaranacaq
    15:25 16 Avq 2022
  • Keyfiyyət sahəsində audit üzrə yeni dövlət standartı - QƏBUL EDİLİB
    15:22 16 Avq 2022
  • UCard almaq üçün azı - 10 SƏBƏBİNİZ VAR
    15:18 16 Avq 2022
  • «Gəncə Xalça Kombinatı» özəlləşməyə çıxarıldı – QALİB 7 MİLYON MANAT ÖDƏMƏLİDİR - ŞƏRTLƏR
    15:05 16 Avq 2022
  • “Apple Pay” artıq “Expressbank” mobil tətbiqində!
    15:05 16 Avq 2022
  • Deputat Rüfət Quliyev: “Ərzaq məhsullarının bahalaşmasının 3 əsas səbəbi var”
    14:45 16 Avq 2022
  • Azərbaycan Mərkəzi Bankı “Avromed” şirkətini - CƏRİMƏLƏDİ
    14:21 16 Avq 2022
  • Azər Türk Bank Apple Pay ödəniş üsulunu istifadəyə verdi
    14:00 16 Avq 2022
  • Yeni beynəlxalq ödəniş aləti - ÖLKƏMİZƏ GƏLİR
    13:44 16 Avq 2022
  • Azərbaycandan turist axını 2 dəfə artıb
    13:37 16 Avq 2022
  • "Əhali un və çörəyin bahalaşmasına hazır olmalıdır, bu qaçılmazdır"
    13:33 16 Avq 2022
  • Gürcüstan hökuməti - YENİ QƏRAR QƏBUL EDİB
    12:32 16 Avq 2022
  • Fövqəladə Hallar Nazirliyi əhaliyə - MÜRACİƏT ETDİ
    12:25 16 Avq 2022
  • Sabahın hava proqnozu açıqlanıb
    12:21 16 Avq 2022
  • HUAWEI P50 Pro və HUAWEI P50 Pocket hər detalda füsunkarlıq - artıq “Kontakt”da
    11:59 16 Avq 2022
  • Avropada təbii qazın qiyməti - 6 % BAHALAŞIB
    11:52 16 Avq 2022
  • “Gənclik” metrostansiyası "Qarabağ"ın oyununa görə gücləndirilmiş - İŞ REJİMİNƏ KEÇƏCƏK
    11:23 16 Avq 2022
  • "Böhran kahini"ndən - İKİBAŞLI SSENARİ
    11:10 16 Avq 2022
  • Azərbaycan elektrik enerjisi ixracını 26% artırıb, idxalını isə 17% azaldıb
    10:55 16 Avq 2022
  • "Azərkosmos" sığortaçı seçir - TENDER - ŞƏRTLƏR
    10:48 16 Avq 2022
  • İnnovasiya və Təchizat Mərkəzi 2 milyon manatlıq tenderin - QALİBİNİ AÇIQLAYIB
    10:43 16 Avq 2022
  • «Şahdəniz»də hasilat 14 günlüyə dayandırılır – «BP»DƏN AÇIQLAMA
    10:12 16 Avq 2022
  • Qızılın qiyməti 1 800 dollardan - AŞAĞI ENİB
    10:10 16 Avq 2022
  • Dünya bazarlarında təbii qazın qiyməti - YENİDƏN ARTIB
    10:08 16 Avq 2022
  • ARDNF xəbərdarlıq - YAYIB
    10:02 16 Avq 2022
  • Azərbaycan elektrik enerjisinin istehsalını - ARTIRIB
    09:55 16 Avq 2022
  • Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları - 25% ARTIB
    09:50 16 Avq 2022
  • Neft yenə ucuzlaşıb - SON QİYMƏT
    09:47 16 Avq 2022
  • “Expressbank” yeni “Mastercard Black Edition” kartını - TƏQDİM EDİR
    09:40 16 Avq 2022
  • Mərkəzi Bank sığorta şirkəti axtarır - TENDER - ŞƏRTLƏR
    09:27 16 Avq 2022
  • Rəsmi məzənnələr - AÇIQLANDI
    09:20 16 Avq 2022
  • Bankın əmlakı 1.3 milyon manata - SATIŞA ÇIXARILIR
    09:18 16 Avq 2022
  • BNA: "66 avtobusun hərəkət intervalında gecikmələr var"
    09:11 16 Avq 2022
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • C.Məmmədquluzadə küçəsi 102A (City Point Biznes Mərkəzi)

© 2016 - 2022 FED.az | Bütün hüquqlar qorunur.