FED.az xəbər verir ki, Ze-tronics MMC işçi axtarır.
Əməliyyatlar üzrə menecer (Operations manager)
Şirkət: “Ze-tronics” MMC
Vəzifə öhdəlikləri:
Ofisdə kargüzarlığın təşkili, daxil olan və çıxan sənədlərin qeydiyyatı, məktubların və faksların göndərilməsi, elektron poçtla daxil olan məktubların cavablandırılması;
Şirkətin əməkdaşlıq etdiyi banklarla şirkətə mühasibatlıq xidməti göstərən şirkət arasında əlaqələrin koordinasiyası, o cümlədən gündəlik maliyyə-mühasibat sənədlərinin, hesab-fakturaların tərtib olunması, müqavilələrin qeydiyyatı və mühasibatlıq xidməti göstərən şirkətə təqdim olunması, tələb olunan hesabatların hazırlanması;
Cari ödənişlərin bankın təqdim etdiyi “internet-banking proqramı” vasitəsilə onlayn rejimdə həyata keçirilməsi;
Ofis ləvazimatlarının və ofisə lazım olan digər təsərrüfat mallarının və xidmətlərinin satın alınmasının təşkili;
İşçilərin məzuniyyət və ezamiyyə sənədlərinin yığılması və mühasibatlıq xidməti göstərən şirkətə təhvil verilməsi;
Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi.
Namizədə tələblər:
Cinsi: Qadın;
Yaş həddi: 20-35;
İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi;
Microsof Office (xüsusi ilə Excel) proqramlarına dair mükəmməl bilik və təcrübə (1C və digər uçot proqramları üzrə bilik və təcrübə arzu olunandır);
Milli mühasibatlıq, bank və vergi qanunvericiliyi üzrə bilik və təcrübə;
Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili bilikləri arzuolunandır);
Ünsiyyət və komanda ilə işləmə bacarıqları;
Analitik düşünmə və problemləri həll etmə bacarıqları;
Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq.
İş qrafiki: Bazar ertəsi – cümə günləri, saat 09.00-dan -18.00-dək
Nəzərdə tutulan əmək haqqı: 600 manat
Ünvan: "Ze-tronics" MMC, Əhməd Rəcəbli 219, MZ Plaza, Bakı, Azərbaycan
Namizədlər öz CV-lərini mövzu hissəsində vəzifənin adı göstərilməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: [email protected]