Ədliyyə Nazirliyi 2019–2023 - cu illərdə "Elektron icra” sisteminin funksionallığının təkmilləşdirilməsinə nail olmalıdır.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Ali məktəblərə qəbul qaydaları – DƏYİŞDİ
Proqrama əsasən, bu çərçivədə 2019-2023-cü illərdə "Elektron icra” sisteminin bütün icra qurumlarında tam tətbiqinin təmin olunmalı, dövlət qurumlarının, bank və kredit təşkilatlarının elektron məlumat bazaları ilə inteqrasiya edilməli, sistem çərçivəsində "Borcluların reyestri” elektron informasiya altsistemi, o cümlədən sistem çərçivəsində elektron hərraca dair funksionallıq yaradılmalı, notariusların icra qeydləri barədə elektron məlumatın qəbul edilməsi və icrası üçün avtomatlaşdırılmış qaydada aidiyyəti icra qurumlarına dərhal ötürülməsi təmin edilməlidir.
Yeni qeydiyyat sistemi yaradılacaq- NAZİRLİYƏ TAPŞIRILIB
20:29
24 Dek 2018