Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
ELƏCƏ DƏ BAX: Vergilər Nazirliyinin səlahiyyətləri - ARTIRILDI
FED.az-ın məlumatına görə, dəyişiklik vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya dair inzibati xətalarla bağlı işlərə baxılması ilə əlaqədardır.
İndiyə qədər inzibati xətalar haqqında işlərə vergilərə münasibətdə Vergilər Nazirliyi, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarına münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxıb. Dəyişikliyə əsasən artıq gələn il yanvarın 1-dən vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya dair inzibati xətalarla bağlı işlərə yalnız Vergilər Nazirliyi baxacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən az miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa görə inzibati xətanın bilavasitə obyekti olmuş vergilərin və ödənişlərin məbləğinin otuz faizindən yetmiş faizinədək məbləğdə cərimə nəzərdə tutulub. “Az miqdar” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.
Vergi və sığortanı ödəməyənləri bir qurum – CƏRİMƏLƏYƏCƏK
22:16
20 Dek 2018