“Baku Bus” MMC aşağıda qeyd edilmiş vakant iş yerinə işçi qəbulu elan edir.
Hüquqşünas
1. Cəmiyyətin fəaliyyəti ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
2. Struktur bölmələrin əsasnamələrinin və daxili prosedurların hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərin qanunauyğunluğunu yoxlamaq;
3. Cəmiyyətin əmr və qərarlarının, həmçinin etibarnamə və məktubların layihələrinin hazırlanmasına köməklik göstərmək;
4. Müqavilələrin hüquqi ekspertizasını və tərtibatını həyata keçirmək;
5. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırmaq;
6. Cəmiyyətin tərəfdaşları ilə bağlanılacaq müqavilələrin standart formasının hazırlanıb struktur bölmələrə verilməsinin təmin etmək;
7. Hüquq-mühafizə, məhkəmə, və digər dövlət orqanları və qurumlarda səlahiyyətləri çərçivəsində Cəmiyyəti təmsil etmək;
8. Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
Ali hüquqi təhsil,
Müvafiq sahədə ən azı 3 il təcrübə
Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
MS Office proqramında işləyə bilmək bacarığı,
Azərbaycan dilində sərbəst danışmaq, oxumaq və yazmaq.
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi) [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz