ELƏCƏ DƏ BAX: Yaşayış minimumu və ehtiyac meyarının məbləğləri – ARTIRILDI
FED.az-ın məlumatına görə, fərmana əsasən qanunun adında, 1-ci maddəsində, 2-ci maddəsinin birinci abzasında və 3-cü hissəsində, 3-cü maddəsinin birinci abzasında və 4-cü hissəsində (birinci halda), 4-cü və 5-ci (hər iki halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;
Həmin Qanunun 3-cü maddəsinin 4-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.
Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin gəlirləri 3 928 104 000,0 manat, xərcləri 3 928 104 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2019-cu ildə müvafiq icra hakimiyyəti orqanının gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri | Məbləğ (manatla) | |
1. | Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən: |
2 419 371 590,0 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 811 687 000,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə |
110 684 590,0 |
qeyri-büdcə sektoru üzrə o cümlədən: |
1 497 000 000,0 | |
1.4 | sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə |
65 000 000,0 |
2. | Sair gəlirlər, cəmi o cümlədən: |
6 000 000,0 |
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar | 2 000 000,0 |
|
3. | müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait | 1 502 732 410,0 |
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri | Məbləğ (manatla) | |
1. | Əhaliyə ödənişlər üzrə xərclər | 3 834 944 000,0 |
1.1. | əmək pensiyalarının ödənilməsi xərcləri | 3 743 000 000,0 |
1.2. | məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri | 91 944 000,0 |
1.2.1. | əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə | 24 628 000,0 |
1.2.2. | hamiləliyə və doğuşa görə | 29 716 000,0 |
1.2.3. | uşağın anadan olmasına görə | 7 200 000,0 |
1.2.4. | 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar | 13 400 000,0 |
1.2.5. | dəfn üçün | 17 000 000,0 |
2. | Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclər | 20 000 000,0 |
2.1. | sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına |
15 530 000,0 |
2.2. | sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə |
340 000,0 |
2.3. | sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına |
210 000,0 |
2.4. | Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına (işçilərin əməkhaqqının ödənilməsi) |
2 600 000,0 |
2.5. | Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçıların saxlanılmasına |
1 320 000,0 |
3. | Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri | 22 500 000,0 |
4. | Müvafiq icra hakimiyyəti orqanının aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri |
49 000 000,0 |
5. | Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri | 60 000,0 |
5.1. | Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri | 30 000,0 |
5.2. | Pensiya və Sosial Fondların Beynəlxalq Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri | 30 000,0 |
6. | Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri | 1 600 000,0 |
Maddə 4. Qalıqlardan istifadə
Müvafiq icra hakimiyyəti orqanının aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına tam məbləğdə daxil olmadıqda, müvafiq icra hakimiyyəti orqanının büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər azaldılır.
Maddə 6. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.