Səudiyyə Ərəbistanının İslam, Çağırış və Nəsihət üzrə Nazirliyi İnformasiya Texnologiyaları Baş İdarəsinin dəstəyi ilə “Fətva robotu” xidmətini istifadəyə verib.
FED.az xəbər verir ki, “Fətva robotu” iki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əs-Səudun həcc və ümrə qonaqları proqramının iştirakçılarına şəriətə uyğun fətva və dini məsləhətlər verəcək. Bu ilin həcc ziyarəti mövsümündə iki Müqəddəs Ocagın xadiminin qonaqları proqramında qitənin 79 müxtəlif ölkəsindən 6500 zəvvar iştirak edir.
Qeyd olunur ki, bu, İslam dünyasında ilk elektron fətva xidməti göstərən robotdur. “Fətva robotu” sayəsində qonaqlar videozəng vasitəsilə nazirliyin bir qrup müftiləri ilə birbaşa bir neçə dildə əlaqə saxlaya biləcəklər. Robot pultla idarə edilir.