Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri Qurban bayramı günlərində işləyəcək.
Bu barədə FED.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Belə ki, avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq idarə və onun şöbələrdə vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi davam edəcək.
İş rejimi isə səhər saat 9.00-dan axşam saat 19.00-dək olacaq.