Sosial

Orta aylıq əməkhaqqı 605 manata yüksələcək

Orta aylıq əməkhaqqı 605 manata yüksələcək | FED.az
08:51 19 İyun 2019

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması 160 min müəllimin əməkhaqqısına müsbət təsir edəcək. 

FED.az xəbər verir ki, bunu dövlət televiziyasına müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

"Sərəncam 160 minə yaxın müəllimi əhatə edəcəkdir. Müəllimlərin orta aylıq əməkhaqqısı 605 manata yüksələcəkdir. Bu məqsədlə illik büdcədən 240 milyon manat xərclənəcəkdir",- o deyib.
Eləcə də bax: Pensiyalar da artırılır - MƏBLƏĞ- PREZİDENTDƏN YENİ TƏŞƏBBÜS

@marja

Digər xəbərlər