Səhiyyə Nazirliyi "Kapsula-1" MMC-yə inzibati cərimə yazıb.
FED.az xəbər verir ki, Protokol İnzibati Xətalar Məcəlləsinin 221.1-ci (bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə) maddəsi ilə tərtib edilib.
Bu əmələ görə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Bakı şəhəri Yasamal rayon Məhkəməsi 19 iyun 2019-cu il tarixində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarıb.
Bu qərardan Səhiyyə Nazirliyinin verdiyi apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.