Milli Məclisin (MM) mətbuat katibi Akif Təvəkküloğlu parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağlı iyulun 2-də bəzi KİV-lərdə yayımlanan xəbərlərə münasibət bildirib.
FED.az xəbər verir ki, A.Təvəkküloğlu “Report”a açıqlamasında iyulun 9-da və 12-də keçiriləcək plenar iclasların əvvəlcədən planlaşdırıldığını deyib: “Heç bir təcili iclasdan söz gedə bilməz. Sadəcə olaraq Milli Məclisin növbədənkənar sessiyası adi qaydada hələ davam edir və nöbədənkənar sessiyanın daha bir neçə iclası keçiriləcək. Növbəti iclaslar iyulun 9-u və 12-si üçün nəzərdə tutulub. Həmin vaxtda növbəti iclasların keçirilməsi gözlənilir”.