Banner

Sosial

Məşğulluğa nəzarət tədbirləri başlayır – YENİ QAYDA

Məşğulluğa nəzarət tədbirləri başlayır – YENİ QAYDA | FED.az
11:01 14 Avq 2019

Nazirlər Kabineti məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi qaydasını təsdiqləyib.
FED.az xəbər verir ki, qaydaya əsasən nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti həyata keçirəcək və bu ölkə ərazisində fəaliyyət göstərən bütün qurumları əhatə edəcək.

Nəzarət tədbirlərinə planlı və ya növbədənkənar yoxlamalar, monitorinq və sair addir. Məşğulluğa nəzarət zamanı nəzarət oluncaq əsas məsələlər - əmək müqavilələrinin reyestrə daxil edilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin onlar üçün kvota müəyyən olunmuş iş yerlərinə qəbul edilməsi, işədüzəltmə xidməti göstərən, eləcə də xaricdə işə düzətmə işə məşğul olan şirkətlərin özləri barədə məlumatları açıqlaması, belə şirkətlərə müraciət edən və onların işə düzəltldiyi şəxslər barədə məlumatarın açıqlanması və sairdir.

Bundan başqa, işəgötürənlər tərəfindən Xidmətin göndərişinin təqdim edildiyi gündən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərar qəbul edilərək Xidmətə təqdim edilməli, işəgötürənlər işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işdən çıxarılacaq işçilərin peşəsi, ixtisası və əməkhaqqının məbləği göstərilməklə, onların sərbəstləşdiriləcəyi barədə Əmək Məcəlləsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətindən az olmayaraq, əvvəlcədən Xidmətə rəsmi məlumat verməlidirlər.

Digər tərəfdən işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə, bu barədə məlumatların “Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi”nə daxil etməlidirlər.

Digər xəbərlər

Banner