İstanbul Böyük Şəhər Bələdiyyəsinə seçkilərdə səsvermə başa çatıb. FED.az xəbər verir ki, səhər saat 8-də başlayan səsvermə saat 17-də sona çatıb.
Xatırladaq ki, seçkilərdə Cümhur İttifaqından (AKP) Binəli Yıldırım, Millət İttifaqından (CHP) Əkrəm İmamoğlu, Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlkər Yücel mübarizə aparır.
Saat 18-21 arasında radio və televiziyalarda, ümumiyyətlə bütün mətbuatda yalnız YSK tərəfindən açıqlanan məlumatlar açıqlanacaq. Saat 21-dən sonra bütün yayınlar sərbəst olacaq. İstanbulda yeni bələdiyyə sədrini seçmək üçün 10 milyon 560 min 963 seçici səs verir.
FED.az xəbər verir ki, təkrar seçkilərdə 10 milyon 560 min 963 nəfər səs verəcək.
Hələlik seçkilərin ilkin nəticələri ilə bağlı məlumatlar müxtəlif mənbələrdən yayılır. ANKA Agentliyinin məlumatına görə, 31 186 seçki qutusu açılıb. Qalan seçki qutularının sayı 17 588-dir. İndiyə olan səs fərqi 412 minə yaxındır, yəni bu fərqli Əkrəm İmamoğlu öndədir. Səslərin indiyə olan vəziyyəti 55,59% və 44,35% olaran Əkrəm İmamoğlunun xeyrinədir.
İstanbulda səsvermə başa çatdı – SƏSLƏR SAYILIR – İMAMOĞLU ÖNDƏDİR
20:03
23 İyun 2019