ELƏCƏ DƏ BAX: Sosial büdcə - TƏSDİQLƏNDİ
FED.az-ın məlumatına görə, fərmana əsasən
“İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” qanunun 3-cü maddəsinin 9-cu hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
- Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (birinci halda) “orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti nəzərdə tutulur;
-Qanunun 3-cü maddəsinin 9-cu hissəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzərdə tutulur.
İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Büdcənin ümumi göstəriciləri
İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri 83 451 400,0 manat, xərcləri 83 451 400,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2019-cu ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri | Məbləğ (manatla) | |
1. | İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: |
83 421 400,0 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 13 060 700,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 13 060 700,0 |
1.3. | qeyri-büdcə sektoru üzrə | 57 300 000,0 |
2. | Sair gəlirlər | 30 000,0 |
Müəyyən edilsin ki, İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri | Məbləğ (manatla) | |
1. | İşsizliyə görə sığorta ödənişləri | 11 000 000,0 |
2. | Peşə hazırlığı və əlavə təhsilin təşkili | 1 800 000,0 |
3. | Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi | 1 300 000,0 |
4. | Əmək yarmarkalarının, əmək birjalarının təşkili | 150 000,0 |
5. | Haqqı ödənilən ictimai işlərin təşkili | 1 900 000,0 |
6. | Özünüməşğulluq tədbirlərinin təşkili | 42 041 400,0 |
7. | Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi | 5 000 000,0 |
8. | Peşə standartlarının hazırlanması | 1 000 000,0 |
9. | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri | 19 260 000,0 |
Maddə 4. Qalıqlardan istifadə
İlin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.