Xoşbəxtlikdən texnologiya dünyası məhsuldarlıq problemlərini aradan qaldırmaq üçün, gündəlik olaraq iş potensialını artırmağa və fikrinin yayınmasının qarşısını almağa dizayn edilmiş yüksək texnologiya ləvazimatı dəstini təklif edir. Əlavə olaraq bizə imkan yaradır ki, daha öncə bilmədiyin, ehtiyacın olan ən yaxşı ofis yeniləmələrini sənə təqdim edək.
1. Fidgi Pen
Qələm görünüşlü bir oyuncaq olan Fidgi Pen qələm olması ilə yanaşı stresə düşdüyün zaman fikrini toplayacaqdır və problemlərlə baş etmək üçün üzərində sənə dəstək olacaq çox fərqli funksiyaları olan düymələri mövcuddur; 19€ ($22)
Əsas faydası: Bu sənə fikrini toplamağa kömək edəcək qələmdir
2. Window-Mounted Solar Charger
Rozetkalar? Getdiyimiz yerdə bizə rozetka lazım deyil. Sadəcə olaraq, bu günəş adapter bankını müvafiq pəncərəyə yapışdır və telefonun batareyası dolana kimi saxla; £17€ ($19.50)
Əsas faydası: Təbii üsul ilə batareya doldurmaq.
3. Yo-Yo mini Standing Desk
Ayaq üstə durmağın sağlamlığa faydaları oturmaqla müqayisədə daha çoxdur (qısacası, səni öldürmək ehtimalı azdır) bununla yanaşı daha az yer tutur və elə bu səbəblərdən ötrü niyə də növbəti ən yaxşı əşya hesab edilməsin? Bu yüksəkdə qoyula bilən masanın istənilən bərk səthə qoyulduğu zaman 15 cür tənzimlənə bilən hündürlüyü və hərəkəti vardır; 215€ ($326)
Əsas faydası: Köhnə iş masanın yerinə gözlənilməz, yerdən yüksəkdə qoyula bilən masa
4. Lumo Lift Posture Coach
Elə bil ki, uşağını dərsə aparırsan, bu zaman balaca qurğu olan Lumo Lift qamətin düzgün olmadığı zaman xəbər edir və enerjin aşağı düşdüyü zaman səni titrədir. Maqnetik tutqacdan istifadə edərək onu köynəyinin altına bərkit və hədəf duruşunu, gedəcəyin məsafəni müəyyənləşdir; 70€ ($81)
Əsas faydası: Duruşunu təkmilləşdirir
5. Bose QuietComfort 35 Noise-Cancelling Headphones
Bu qulaqlıqdan istifadə edərək yay tətili hekayəsini əllinci dəfə birilərinə yüksək səslə danışan insan səslərini şirin səssizliklə əvəz edə bilərsən: qulaqlıq bazarında ən yaxşı səs ləğv edən qulaqlıq; 366€ ($423)
Əsas faydası: Ofis səs-küyündən qurtulmaq
6. Pip
Barmaqlarının ucundakı dəri məsamələrini ölçməklə, bu kiçicik biofeedback qurğu bədənindəki gərginlik səviyyəsini aşkara çıxara və narahatlığını ortadan qaldıra bilər. Bundan sonra özünü artıq daha səbirli və sakit hiss edəcəksən; 168€ ($194)
Əsas faydası: Səni sakitləşdirmək üçün gərginlik səviyyənə nəzarət edir
7. AppKettle
Bu ilk böyük dünya problemidir: gözlənilməz ofis iclası çağırıldığı zaman çay dəmləmək istəyirsən. Smartfonunla idarə edilərək AppleKettle seçiminə uyğun olaraq 30 dəqiqəyə qədər suyu isti temperaturda saxlayır. Ən yaxşısı isə odur ki, o virtual rəqəmsal köməkçi vasitə olan Alexa ilə də işləyir... 147€ ($169)
Əsas faydası: Çaydanını uzaqdan qaynatmağın üçün imkan yaradır
8. Multi Laptop Windows
Bir ekranla müqayisədə daha yaxşı olan nədir, bilirsən? Üç ekran. Bu təəccüblü halda münasib çox pəncərəli əlavə layihələrini idarə etməyə sənə kömək edəcək; 168€ ($194) – yeni model tezliklə buraxılacaqdır
Əsas faydası: İşi idarə etməyə yardım edəcək əlavə ekranlar
9. Bamboo Folio
Artıq qələm və kağızdan istifadə etmək günləri sayılıdır. Bu smartpad və qələmdən cızma-qaranı rəqəmsallaşdırmaq üçün və onları “cloud”da qoruyub saxlamaq üçün istifadə et. Sənə istənilən yerdə ona giriş icazəsi verilir. Bu praktik baxımdan sehirbazlıqdır; 158€ ($182)
Əsas faydası: Əl yazısı qeydlərini rəqəmsallaşdırır
10. Ross Gardam Polar Desk Lamp
Assuie işıq qurğusu göy üzündəki ayın müxtəlif mərhələlərinə əsaslanır və işıq ilə kölgənin səviyyələrini tənzimləmək üçün fırlanan aynalı abajuru ilə qürurlanır. Ofisdə gec saatlara qədər çalışanlar üçün faydalıdır; 544€ ($627)
Əsas faydası: İşıq və kölgəni idarə etmə gücü
11. Light Phone II
Hər hansı tətbiq etmə və ya çoxlu funksiyaların mövcud olmadığı, sadəcə şəxsi nömrənlə işlədə biləcəyin biznes kartı ölçüsündə olan ikinci telefonun. Mükəmməl iş telefonun ola biləcək Lightphone II 2018-ci ilin sonlarında çıxması gözlənilir; 395€ ($455)
Əsas faydası: Minimum fikir yayınıqlığı
12. Mymanu Clik Wireless Earphones
Sənə 37 müxtəlif dildə real olaraq səsli tərcümə təklif edən və elektron poçt və mesajlarını oxuya bilən bu yüksək səviyyəli simsiz qulaqlıq çox işinə yarayacaqdır; 242€ ($279) - növbəti ilin əvvəllərində satışa veriləcəkdir
Əsas faydası: Canlı səsli tərcümə
13. Workflow
Nəhayət, bir il əvvəl qoluna taxmağı durdurduğun Apple Smartwatch öz faydalarını bir daha sübut edir. Workflow tətbiq etməni yüklə və qol saatının ekranından sevimli tətbiq etmə və agendalarına birbaşa giriş əldə et. İphone üçün də mümkündür; free
Əsas faydası: Qol saatında olan ediləcəklər siyahısı
14. Fidget Cube
Jerry Maguire-in işini qoruyub saxlayan bu icraedici sevimli iş oyuncağı istifadəçilərə fikirlərini işə cəmləməyə və iş gərginliyindən azad olmağa yardım etmək üçün dizayn edilmişdir. Bu yeni oyuncaqla məşğul olaraq işini daha səmərəli yerinə yetirəcəyindən əmin ola bilərsən; 8€ ($9)
Əsas faydası: İşə son dərəcə fokuslanmaq və stresdən azad olmaq
15. Saent
Saent düyməsi bütün narahatlıqları aradan götürür: əməkdaşlar üçün düymə narahat etməyin əlamətini göstərir, zaman müəyyən edilmiş işlər üçün daha da həvəsləndirir; 51€ ($58)
Əsas faydası: Maneə olmadan çalışmaq
16. Brydge 12.9 iPad Pro keyboard
Sənin Ipad Pro-n professionaldırmı? Əgər elə deyilsə, bizdən nə üçün müvafiq geniş ölçüdə metal əlavə edilmiş klaviaturaya pul ödəməyini düşündüyümüzü soruşarsansa, cavab qısa və sadədir: bu klaviatura Macbook-dakı kimi Ipad-da yazı yazmağı asanlaşdırır; €130 ($149)
17. R2-D2 USB vacuum cleaner
Han Solo, Millennium Falkonun nəzarət panelinin üzərindəki qırıntıları toplamaq üçün Kessel Run-ı yaratmağa uzun zaman sərf etmişdir. Belə ki, sənin də iş masanda qırıntılar varsa, Han Solo kimi R2-D2 USB toz soranınızı işə sal; 11€ ($13)
Əsas faydası: Təmiz iş masası, təmiz zəka
18. AudioQuest DragonFly Headphone Amp
İşlədiyin zaman musiqi səni motivasiya edirsə, nə üçün mükəmməl aydın səsi olan yüksək keyfiyyətli qüvvətləndiriciyə pul qoymayasan. Bu səs USB vasitəsilə çox aydın gəlir; 175€ ($201)
Əsas faydası: Məhsuldarılığını artıracaq ən yaxşı musiqi
19. Foobot Climate Controller
Araşdırmalar iddia edir ki, iş yerində otaq kirliliyi başgicəllənməyə, halsızlığa və iş məhsuldarlığının 10% aşağı düşməsinə səbəb olur. Smartfonuna qoşulmuş bu zərif monitor real vaxtda havanın keyfiyyətini müəyyən etməyi təmin edir; 195€ ($225)
Əsas faydası: Səni havanın keyfiyyəti barədə məlumatlandırır
20. LVL Hydration Monitor
Ürək döyüntünü və məşq fəaliyyətini ölçməklə yanaşı, bu saat həmçinin sənin bədəninin nəm ortalamasıyla bağlı da ətraflı məlumatı təmin edir, səni həqiqətən nə qədər mayeyə ehtiyacın olduğuyla bağlı agah edir. Almağa dəyər; €130 ($149)
Redbull.com