FED.az xəbər verir ki, Gilan Agricultural Group işçi axtarır.
Vakansiya: Yem üzrə texnoloq
Gilan Kənd Təsərrüfatı Qrupu Yem üzrə texnoloq (İş yeri Ağdaş rayonu) vakansiyasına təcrübəli işçi axtarır.
Vəzifələri:
• Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılış rejimlərini işləyib hazırlayır.
• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən düzgün qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətləri) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir.
• Yem üzrə texnika və texnologiyanın tətbiqi planlarının, texnoloji sənədləşdirmənin hazırlanması, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir.
• Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyri-standart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsi və s. təşkil edir.
• Yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azadılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir.
• Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.
• İşin görülməsi və ümumi davranış standartlarına şirkətin daxili qayda və prosedurlarında göstərilmiş qaydada riayət etmək;
Tələblər:
• Ali texniki təhsil
• Ən azı 5 il müddətində ixtisas üzrə zəruri iş təcrübəsi
• Rus dili və ya İngilis dili bilikləri arzu olunandır
• Mükəmməl təşkilatçılıq bacarığı
• Menecerlərlə və rəhbər şəxslərlə işləmək bacarığı
• Şəxsi keyfiyyətləri : ciddi, məsuliyyətli, çalışqan, nizam-intizamlı
Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: https://hr.gilanholding.com/v/4814#