Əmək Məcəlləsinə dəyişiklik edilib.
FED.az xəbər verir ki, prezident İlham Əliyev Əmək Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Dəyişikliyə görə, Məcəllənin 21-ci maddəsinin 2-ci hissəsinin 2-ci, 3-cü və 4-cü abzasları ləğv edilib.
Xatırladaq ki, sözügedən 221-ci maddə Əməyin Mühafizəsi Fondu, onun 2-ci hissəsi isə fondun maliyyələşmə mənbələri ilə bağlıdır. Dəyişikliklərdən sonra fond yalnız dövlət büdcəsindən maliyyələşdiriləcək.
221-ci maddənin 2-ci hissəsinin dəyişikliyə qədər olan vəziyyəti:
2. Dövlət Əməyin Mühafizəsi Fondu:
- dövlət büdcəsindən ayırmalar;
- müəssisələrin mənfəətindən ayırmalar;
- əməyin mühafizəsi normalarını və qaydalarını pozan inzibati qaydada cəzalanmış vəzifəli şəxslərin ödədikləri cərimələrin qanunvericiliklə müəyyən edilmiş hissəsi;
- müəssisələrin, vətəndaşların könüllü ödəmələri və başqa ödəmələr hesabına təşkil edilir.