Azərbaycanda dövlət təşkilatlarında çmalışanlar üçün yeni maaş cədvəli təsdiqlənib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” öz qərarlarına dəyişiklik edib.
Eləcə də bax: «Bizim bəzi işçilər nazir müavinindən 2 qat artıq maaş alır»
Bu dəyişiklik sentyabr ayından etibarən minimum əmək haqqının artırılması ilə əlaqədardır.
İlk növbədə qərara əsasən, indiyədək ayrı-ayrılıqda ttərtib olunan dövlət təşkilatlarında çalışanların əmək haqqı və elmi müəssisələrdə çalışanların əmək haqqı cədvəli birləşdirilib. Və hazırda hər iki kateqoriya üçün vahid tarif cədvəli mövcuddur.
Gözlənildiyi kimi, bütün dərəcələrdə maaşlar artırılıb. Minimum əmək haqqının 180 manatdan 250 manata qaldırılması ilə əlaqədar olaraq maaş artımını dövlət təşkilatlarında çalışan bütün əməkdaşlar hiss edəcək.
Maaşların artımı sentyabrın 1-dən qüvvəyə minir. Artımlar aşağıdakı kimidir:
Dövlət təşkilatlarında yeni maaşlar təsdiqləndi – QƏRAR - SİYAHI, MƏBLƏĞLƏR
15:25
9 Avq 2019