Prezident İlham Əliyev “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: 85 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb
FED.az-ın məlumatına görə, Dövlət Reyestri Azərbaycan vətəndaşları, habelə Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə sənədləşdirilmiş informasiyanı əks etdirən dövlət informasiya ehtiyatıdır.
Dəyişikliyə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə məlumatlar Dövlət Reyestrinin tərkibinə daxil ediləcək.
Bu şəxslər Dövlət Reyestrinə salınacaq - YENİLİK
19:01
11 Yan 2019