Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 53 943 nəfər işsiz və işaxtaran vətəndaşı münasib işlə təmin edib.
FED.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, onlardan 18 877-ni qadınlar təşkil edib.
Bu dövrdə gənclərin əmək bazarına çıxşının dəstəklənməsi, onların səmərəli məşğulluğuna şərait yaradılması işləri də davam etdirilib. Gənclərlə bağlı aktiv məşğulluq tədbirləri geniş miqyas alıb. Yanvar-iyun aylarında Xidmətin xətti ilə işlə təmin edilənlərdən 12 148-i gənclər olub.
Həmçinin cari ilin birinci yarımilində Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğu təmin edilən vətəndaşların 3 171-ni məcburi köçkünlər, 1 543-nü isə əlilliyi olan şəxslər təşkil edib