Yeni dərs ilinə bir aydan da az vaxt qalıb. Artıq valideyinlər məktəb bazarlığı haqda düşünür Bəs görəsən ilk dəfə birinci sinifə gedən uşağın bazarlıq xərcləri üçün nə qədər pul lazımdır?
Fed.az xəbər verir ki, bu məsələni "Xəzər xəbər" araşdırıb. Dərs ilinin başlamasına artıq sayılı günlər qaldığından valideynlər də artıq uşaqları üçün məktəb ləvazimatları tədarük etməyi planlaşdırırlar. Xərcləri öyrənmək üçün şəhərdə qıymətlərlə maraqlandıq.
İlk olaraq məktəbli geyiminin qiymətlərini araşdırdıq.
Şagirdlər üçün ayyaqqabının hər hansı bir standartı olmasa da orta keyfiyyətdə bir cüt ayaqqabı almaq üçün ən azı 25 manat tələb olunur.
Apardığımız sorğudan məlum oldu ki, məktəbli geyimi, ayaqqabı,məktəbli çantası dəftər qələm və digər məktəbli ləvazımatları orta hesabla 150-170 manat civarında təşkil edir. Ailələrə görə bu xərc məktəblilərin sayına müvafiq olaraq dəyişir.
https://www.youtube.com/watch?v=hKa6GI998mY