Avqust ayında Azərbaycanda Qurban bayramı ilə əlaqədar iki gün iş olmayacaq.
FED.az xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 40 nömrəli qərarına əsasən avqustun 22-si və 23-ü qeyri-iş günüdür.
Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.