Son vaxtlarda sosial şəbəkələrdə və ölkə KİV-lərində Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir.
KİV-lər tərəfindən verilən məlumata görə, yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun 12-də baş verib.
FED.az xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir.