FED.az xəbər verir ki, Badam Patisserie işçi axtarır.
Vakansiya: Korporativ Satış Meneceri
Əsas vəzifə öhdəlikləri:
• Brendlə bağlı illik planın tərtibi, plan üzrə sifarişin icrası, planın yerinə yetirilməsinin tamSatış bölməsi və bu bölmədə işləyən əməkdaşların tam məsuliyyətini daşımaq;
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
• Satışın düzgün şəkildə həyata keçirilməsi, satılmış mal və məhsulların dəyərinə uyğun məbləğin və müqavilələrin vaxtında və itkisiz müəssisəyə təhvil verilməsi
• Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması
• Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımi məsləhətlərin verilməsi
• Qarşıya qoyulan hədəfləri və satış planını yerinə yetirmək
Şəxsi keyfiyyətlər:
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
Namizədə tələblər:
• Ali təhsil
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili (Yaxşı), İngilis Dili (orta)
• İş təcrübəsi: 3-5 il
• Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
• Müştərilərə malı təqdim etmək bacarığı
• Satış işinin qurulması bacarığı
• Məsuliyyət,dinamiklik
Maraqlanan şəxslər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.