Azərbaycanda əcnəbilərin ən çox işlədiyi sahələr açıqlanıb.
FED.az xəbər verir ki, BMT-nin Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitənin iclası ilə bağlı keçirilən brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Azərbaycanda xaricilərin ən çox işlədiyi sahələr neft-qaz sənayesi, tikinti və xidmət sektorudur: "O cümlədən təhsil sahəsində çalışan əcnəbi ekspertlər də mövcuddur. Azərbaycanda xaricilərin fəaliyyəti ilə bağlı kvotalar mövcuddur.
Eləcə də bax: Azərbaycana işləməyə gələn əcnəbilərin sayı - AÇIQLANIB
Kvotalara uyğun olaraq da Azərbaycanda işləmək istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Miqrasiya Xidməti aidiyyəti olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarının rəylərini əldə etməklə onlara iş icazələri verir.
Eyni zamanda konkret olaraq iş yerləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid vakansiya bazası mövcuddur. Hazırda həmin vakansiya bazasının elektronlaşdırılması üzərində işlər yekunlaşmaq üzrədir. Biz tezliklə həmin vakansiya bazasını vətəndaşların və Azərbaycanda fəaliyyət göstərən əcnəbilərin istifadəsinə verəcəyik".
APA