Nazirlər Kabineti «İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği»ni təsdiqləyib.
FED.az xəbər verir ki, bununla bağlı tapşırıq “Mediasiya haqqında” Qanunun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanında nəzərdə tutulub.
Qərara görə, «İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği» təsdiq edilib.
Qeyd edək ki, «Mediasiya haqqında» qanuna görə, bəzi məhkəmə proseslərində (boşanma və sair hallarda) tərəflər əvvəlcə mediasiya xidmətindən istifadə etməli, onların barışıq və razılığa gəlməsi imkanaları yoxlanmalıdır.
Qərara görə ilkin mediasiya xidmətlərinin qiyməti ailə və əmək münasibətlərinə dair mübahisələrdə 50 manat, iqtisadi mübahisələrdə isə iddianın məbləğindən asılı olaraq 20 manatdan 400 manata qədər olacaq.
Bu zaman kargüzarlıq xidmətlərinin qiyməti 10 manatdan artıq olmamalıdır.
Bu Qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.
Qərarın TAM MƏTNİNƏ BURADAN BAXMAQ OLAR