FED.az xəbər verir ki, Auto Pro MMC işçi axtarır.
İş barədə məlumat
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət
- Mühasibatlıq hesabatlarını vaxtında və düzgün hazırlamaq
- Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək
- Mühasibatlığın bütün ilkin sənədlərini yoxlamaq
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək
- Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderləri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunu aparmaq
- Maliyyə və mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
- Baş mühasibin digər tapşırıqlarını yerinə yetirmək
Tələblər
Təhsil - Ali iqtisadi təhsil
Dil bilikləri - Azərbaycan və rus dillərində sərbəst danışmaq
İş təcrübəsi - 5 ildən yuxarı
Mühasibat proqramları ilə işləmə biliyi, 1C mütləqdir
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
Əmək haqqı - 700 AZN
Göstərilən tələblər üzrə uyğun gələn kandidatlardan xahiş olunur [email protected] ünvanına “Mühasib” başlığı altında öz CV-lərini göndərsinlər. CV-də şəkil olması mütləqdir.