FED.az xəbər verir ki, ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi işçi axtarır
Vəzifənin adı: Mühəndis-elektrik
İş yeri: Bakı, Azərbaycan
Əsas vəzifə öhdəlikləri:
• Ərazidə yerləşən elektrik təssərrüfatına nəzarəti təmin edir;
• Tələb olunan texniki sənədlərin hazırlanmasını yerinə yetirir;
• Aparılan elektrik quraşdırma işlərinə daim nəzarət etməli;
• Elektrik təssərüfatında işləyən işçılərə təlimat verilməsi;
• Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi;
• Şirkətin daxili iş qaydalarına riayət edilməsi.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Müvafiq sahədə ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərini bilmək arzu olunandır;
• AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.