FED.az xəbər verir ki, Apostra LLC işçi axtarır.
Vakansiya: Layihə üzrə Menecer
Ümumi vəzifə öhdəlikləri:
• Layihənin həcmini rəhbərliklə birlikdə müəyyən etmək;
• Layihə üzrə illik iş planlarını tərtib edilmək;
• Layihənin həyata keçirilməsi üçün tələb olunan resursların, qrafikların, iş bölgüsünün və müddətlərin müəyyənləşdirilməsini təmin etmək;
• Layihənin vaxtında, ayrılmış büdcə çərçivəsində və müvəffəqiyyətlə həyata keçirilməsini təmin etmək;
• Biznes imkanlarını təhlil etmək;
• Layihənin vaxtında və düzgün yerinə yetirilməsi üçün kontraktorları düzgün koordinasiya etmək;
• Layihənin idarə edilməsi ilə bağlı zəruri prosedurlar və hesabatlar hazırlamaq;
• Layihə ilə əlaqədar bütün məlumatları düzgün qaydada sənədləşdirmək və fayl sistemini yaratmaq;
• Kontraktorlarla və müştərilərlə münasibətləri yaratmaq və tənzimləmək;
• Layihə risklərini idarə etmək;
• Layihə həcmini və xərclərini müvafiq vasitələrlə ölçmək.
Tələblər:
• Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan, rus dili bilik səviyyəsi əla, ingilis dili yaxşı;
• Microsoft Office, Primavera və MS Project proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli və operativ.
Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi “Layihə üzrə Menecer” qeyd edərək [email protected] e-mail ünvanına müraciət etmələri xahiş olunur. Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır