FED.az xəbər verir ki, ALMA Consulting and Investment MMC işçi axtarır.
Vakansiya: Biznesin İnkişafı üzrə Menecer
Vəzifə öhdəlikləri
- Marketinq və satış strategiyasının hazırlanması;
- Aylıq satış planlarının hazırlanması və plana uyğun fəaliyyətin göstərilməsi;
- Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Korporativ satış planının yerinə yetirilməsi;
Tələblər
- Ali təhsil
- Mövcud sahə üzrə minimum 2 il iş təcrübəsi
- Ünsiyyətcil
- Səlist danışıq qabiliyyəti
- Məsuliyyətli
- Yaradıcı
- Microsoft Office (word, excel, pover point) proqramlarında sərbəst işləmək bacarığı
İş şəraiti
İş qrafiki: bazar ertəsi-cümə saat 09:00-18:00
Əmək haqqı + bonuslar
Biz korporativ sahədə təcrübəsi olan və qeyd olunan tələblərə uyğun olan komanda yoldaşı axtarırıq. Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Biznesin İnkişafı üzrə Menecer” qeyd edərək öz CV lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq