AccessBank növbəti dəfə "ASAN Məktub" layihəsinə dəstək verib.
Bank bu dəfə Qazax rayonunun cəbhəyanı kəndi olan Cəfərlidə 150-yə yaxın kiçik ürəklərə sərhədsiz sevinc bəxş etdi. Belə ki, adıçəkilən kəndin kiçik sakinləri öz arzulаrını www.asanmektub.az saytında yerləşdirib. Onlar əsas istəkləri kimi isti qış paltarı, ayaqqabı, gödəkcə, məktəb ləvazimatları qeyd edib. AccessBank isə uşaqların arzularını yerinə yetirməklə kifayətlənmədi, onlara əsl bayram ab-havası yaşatdı. Hədiyyələri balacalara Şaxta baba təqdim etdi. Elə Şaxta babanın da iştirakı ilə keçirilən əyləncə proqramı isə kənd sakinlərinin sevincinə sevinc qatdı, tədbirə qatılan hər bir uşağa oyuncaqlar hədiyyə olundu.
AccessBank-ın PR meneceri İlkin Əhmədov: "Ənənəvi olaraq sevə-sevə "ASAN Məktub" layihəsinə qoşulduq və gələcəyimiz olan balacaların arzularını gerçəkləşdirdik. Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqların diqqət mərkəzində saxlanılması AccessBank-ın Korporativ Sosial Məsuliyyətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, həm də bizim vətəndaş borcumuzdur. Belə bir fikir var ki, uşaqlar dünyanın sevincidir. Dünyanın sevincinə sevinc qatmaq bizi sonsuz sevindirir".
Xatırladaq ki, bundan öncə AccessBank "ASAN məktub" layihəsi çərçivəsində Lənkəran rayonunun Boladi kəndindən olan uşaqların arzularını reallaşdırıb. Bank bundan sonra da sözügedən layihəyə dəstək verəcək.
AccessBank və "ASAN Məktub" cəbhəyanı kəndin uşaqlarını sevindirdi!
11:23
18 Dek 2018