Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prosesi davam edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən FED.az-a a verilən məlumata görə, iyul-avqust aylarında daha 420 ailəyə mal və materiallar formasında aktivlər təqdim olunub və onlar verilən aktivlər hesabına öz təsərrüfatlarını yaradıblar. Təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir. Bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində 1500-dək kiçik ailə təsərrüfatı yaradılıb.
Eləcə də bax: Dövlət imkansız şəxslərə biznes qurmaq üçün yardım edəcək - NAZİRLİKDƏN AÇIQLAMAhttps://fed.az/az/biznes/dovlet-imkansiz-sexslere-biznes-qurmaq-ucun-yardim-edecek-nazirlikden-aciqlama-52525
Ümumilikdə cari ilin ötən dövründə 4500-dək şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar əsasən əlilliyi olanlardan, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir
İl ərzində 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.
Azərtac