Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkədə polivinil xlorid istehsalının təşkilini təklif edir.
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
“Azpromo” Sumqayıt Kimya Sənaye Parkı ərazisində PVC istehsalının təşkili üzrə investisiya təklifi hazırlayıb. Hazırda PVC-nin əksər həcmi Azərbaycana idxal olunur”, - hökumətdən qeyd ediblər.
Fondun məlumatına görə, idxal olunan PVC-nin qiymətinin bahalaşması səbəbindən qeyd edilən layihənin idxal məhsulunun daha sərfəli yerli istehsal ilə əvəz olunmasına imkan yaradacaq.
“Layihə 80 mln. dollar həcmində qiymətləndirilir. Reallaşdırılması, xərclərin çıxarılması müddəti və maliyyələşmə mexanizmi dəqiqləşdirilməlidir”, - hökumətdən vurğulanıb.