Ticarət müharibəsinin neftə tələbi azaldacağı proqnozlarını güclənməsilə əlaqədar olaraq neft qiymətləri yenidən düşür.
FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:50-yə olan məlumata görə, Brent nefti 2,8% ucuzlaşma ilə 67,52 dollardan alıcı tapıb.
Ticarət müharibəsinin qlobal iqtisadi artımı, o cümlədən ABŞ və Çində iqtisadi inkişafı ləngidəcəyi və nəticədə neftə tələbin azalacağı proqnozlaşdırılır.