Azərbaycanda vərəqə şüşə istehsalı üzrə yeni zavod 2018-ci ilin sonu-2019-cu ilin əvvəlində işə salınacaq.
FED.az xəbər verir ki, zavod Sumqayıt Kimya Sənaye Parkı (SKSP) ərazisində tikilir. Zavodun inşasına investisiyalar 89 mln. avroya yaxın təşkil edəcək.
Zavodun illik gücü 8 mln. kv. m təşkil edəcək (sutkalıq 250 ton). Zavodda şəffaf və bütünkütləsi tonlaşdırılmış vərəqə şüşə istehsal olunacaq. Zavodda 300-ə nəfərin çalışacağı nəzərdə tutulur.
2016-cı ilin payızında "AzerFloat" Almaniyanın “HORN Glass İndustries AG” şirkəti ilə vərəqə şüşə istehsalı üzrə müasir zavodun inşasına dair saziş imzalayıb. Tikinti işlərinə 1 oktyabr 2017-ci il tarixində 12 hektar ərazidə start verilib.
Hazırda Azərbaycanda vərəqə şüşə istehlakçıları və şüşə istehsalçıların tələbatları əsasən Ruusiyadan idxal hesabına ödənilir. Azərbaycanda şüşə istehsalınən əsas həcmi ilk növbədə ölkə daxilində tələbatın ödənilməsinə yönəldiləcək, qalanı isə Gürcüstan, Orta Asiya ölkələri və ehtimal ki, Rusiyaya ixrac olunacaq.