“İDK” bank olmayan kredit təşkilatı (BOKT) 2017-ci ili ötən ilə nisbətən 7 dəfə artan zərərlə başa vurub.
FED.az “İDK”-nın 2017-ci il üzrə “Mənfəət və Zərər” hesabatına əsasən xəbər veir ki, ötən il BOKT-un faiz gəlirləri 329,1 min manat, faiz xərcləri isə 1 224 manat olub. Sonda xalis faiz gəlirləri 327,9 min manat təşkil edib.
Eləcədə bax: "Finoko” mənfəət açıqladı - HESABAT
2017-ci ildə “İDK”-nın qeyri-faiz gəlirləri 23,7 min manat, qeyri-faiz xərcləri 358 min manat olub. Qeyri-faiz xərclərinin 42,60%-i əmək haqqı və digər kompensasiya növlərinin, 33,83%-i bank fəaliyyətində istifadə olunan əsas xərclərin payına düşür. Nəticədə, xalis əməliyyat mənfəəti olmayıb və BOKT 6,3 min manat zərərə məruz qalıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılan ehtiyyat 126,5 min manat olub.
Xatırladaq ki, 2016-cı il üzrə bu məbləğ 2 dəfə az idi.
Yekunda “İDK” dövrü 132,8 min manat zərərlə başa vurub. Qeyd edək ki, BOKT 2016-cı ili 17 min manat zərərlə başa vurmuşdu, yəni 2017-də təşkilatın zərəri 7 dəfə artıb.
FED.az “İDK” –ın “Balans” hesabatına istinadən bildirir ki, 2017-ci il üzrə BOKT-un aktivləri 2016-cı ilə nəzərən 5,79% azalaraq 1 mln 594,1 min manata enib, cəmi kapital isə 7,9%
azalaraq 1 mln 537,2 min manat təşkil edib.
Qeyd edək ki, “İDK” BOKT 2011-ci ildə 700 min manat nizamnamə kapitalı ilə yaradılıb, 2015-ci ildə bank olmayan kredit təşkilatı kimi fəaliyyət üçün lisenziya alıb, sahibi fiziki şəxsdir.
Eləcədə bax: “Dünən yaranıb”, bu gün mənfəətdədir - YARIMİLLİK HESABAT