«Xəzər Kredit İttifaqı» 2022-ci ildə borclarını artırıb, kapitalı isə azalıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqladığı 2022-ci ilin yekunlarında bildirilir.
Hesabata görə, 2022-ci ildə Kredit ittifaqının aktivləri 998 min manat təşkil edib. Aktivlərin həcminin 1 milyon manata yaxın olmasına baxmayaraq şirkətin bütün əmlakının dəyəri cəmi 8 min manatdır. 2021-ci ildən bəri şirkətin əmlakları 4 dəfədən çox azalıb.
Bu dövrdə ittifaqın kredit portfeli 982 min manat olub.
Əvəzində 2022-ci ildə Kredit ittifaqının borcları kəskin surətdə – 70% artıb. 2022-ci ilin sonunda ittifaqın borcları 257 min manat olduğu halda, 2022-ci ildin sonunda bu rəqəm 175 min manat artaraq 432 min manata yüksəlib.
Borclanrın artımı ilə şirkətin kapitalı da azalıb – 2021-ci ilin sonunda 694 min manat olan cəmi kapital 532 min manata düşüb.
Kapitalın strukturuna baxanda aydın olur ki, «Xəzər Kredit İttifaqı»nın səhmdarları yatırdıqları vəsaitin 3-də ikisini geri çəkiblər – səhmdar kapital 190 min manatdan 66 min manata düşüb.
2022-ci ildə «Xəzər Kredit İttifaqı»nın faiz gəlirləri 102 min manat, faiz xərcləri 8 min manat olub. 2 min manat zərərlər üçün ayrılıb, 70 min manat isə inzibati və digər əməliyyavt xərclərinə sərf edilib.
Nəticədə «Xəzər Kredit İttifaqı» ili 27,3 min manat xalis mənfəətlə tamamlayıb, bu da 2021-ci illə müqayisədə 1,1 min manat və ya 4% aşağıdır.