“Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 164 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: Bank olmayan kredit təşkilatları bazarda - Pay İtiriblər
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 95,1% və yaxud 20,4 dəfə azdır.
Ötən il “Viator Mikrokredit Azərbaycan”ın vergiyəqədərki mənfəəti 291 min manat (illik müqayisədə 11,6 dəfə az), mənfəət vergisi ödəmələri isə 127 min manat (4,9 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Viator Mikrokredit Azərbaycan”ın aktivləri 6,872 milyon manat olub ki, bu da illik müqayisədə 6,2% azdır. Bunun 5,962 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 6,6% böyüyüb.
Hesabat dövründə “Viator Mikrokredit Azərbaycan”ın öhdəlikləri 20,4% azalaraq 2,398 milyon manata düşüb, balans kapitalı isə 3,9% artaraq 4,414 milyon manata çatıb.
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır. (Report)