Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2021-ci il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14 619.5 milyon manat təşkil edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Bunun 2 milyard 804 milyon manatı və yaxud 18.3%-i dövlət banklarının, 11 milyard 443 milyon manatı və yaxud 79.3%-i özəl bankların, 373.4 milyon manatı və yaxud 2.4%-i isə bank olmayan kredit təşkilatlarının (BOKT) payına düşüb.
Azərbaycanda BOKT-lərin kredit qoyuluşunda payı fevral ayında 2.4%-ə düşüb. BOKT-lərin kredit qoyuluşundakı payı bu ilin yanvar ayının yekununda 2.6% təşkil edib.