Azərbaycanda daha bir maliyyə təşkilatının vəziyyəti sürətlə pisləşir.
FED.az xəbər verir ki, “TFC” BOKT 2019-cu il üzrə maliyyə vəziyyətini açıqlayıb və məlum olub ki, şirkət olduqca çətin dürümdadır.
Hələlik problemi yoxdur - «İdeal Kredit»in vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, 2019-cu ildə kredit təşkilatının faiz gəlirləri əvvəlki illə müqayisədə 12,8 dəfə azalaraq 320 min manatdan 25 min manata, faiz xərcləri isə təqribən 45 dəfə azalaraq 225 min manatdan 5 min manata düşüb.
BOKT 2019-cu ildə 19,9 min manat xalis faiz gəliri əldə edib. Bu 2018-ci ildəki göstəricidən 4,7 dəfə və ya 75 min manat azdır.
BOKT-un qeyri-faiz gəlirləri 3,6 min manat (2,5 dəfə və ya 5,5 min manat azalma), qeyri-faiz xərcləri 127,1 min manat (2 dəfə və ya 128,2 min manat azalma) olub.
2019-cu ildə kredit təşkilatı fövqəladə xərclər üçün 28,5 min manat (76% və ya 12,3 min manat artım) ayırıb.
Nəticədə “TFC” BOKT 2019-cu ili 132,1 min min manat zərərlə başa vurub. Bu 2018-ci ilin göstəricisindən 21% və ya 35,3 min manat azdır. Qeyd edək ki, BOKT 2018-ci ili 167,4 min manat zərərlə başa vurmuşdu.
2019-cu ildə BOKT-un cəmi aktivləri 729,2 min manat (14% və ya 118,3 min manat azalma), cəmi öhdəlikləri 654,6 min manat (17% və ya 136,2 min manat azalma) olub.
Qey edək ki, 2018-ci ildə BOKT-un cəmi aktivləri 847,6 min manat, cəmi öhdəlikləri 790,8 min manat olmuşdu.
Ötən il BOKT-un müştərilərə verilən kreditləri 708,3 min manat olub. Kreditlərin məbləği 2018-ci ilə görə, 7% və ya 53,8 min manat azalıb.
BOKT-un maliyyə sektoru qarşısında öhdəlikləri 20 min manat olub. Qeyd edək ki, “TFC” BOKT-un 2018-ci ildə maliyyə təşkilatları qarşısında öhdəlikləri olmayıb.
BOKT-un cəmi kapitalı isə 17,9 min manat artaraq 56,8 min manatdan 74,7 min manata yüksəlib.
450 min manatdan cəmi 75 min manat qalıb
Amma problem ondadır ki, Azərbaycanda BOKT-ların fəaliyyəti üçün tələb olunan minimum kapital 300 min manat təşkil edir. «TFC»nin kapitalı bu tələbdən ötən il 5 dəfə, bu il isə 4 dəfə azdır.
Hesabatdan aydın olur ki, indiyədək şirkətin sahibi Tahir Rəhimov «TFC»yə 450 min manat yatırıb.
2018-ci ilin sonunda bu kapitalın 250 min manatı «ərimiş» və şirkət ili 57 min manat kapitalla başa vurmuşdu. 2019-cu ildə səhmdar BOKT-a daha 150 min manat yatırsa da, yenə böyük zərər nəticəsində kapital 75 min manata enib.
FED.az hesab edir ki, bu vəziyyətdə BOKT-un səhmdarı fəaliyyəti davam etdirmək üçün əlavə vəsait yatırmalı və ya kənardan vəsait cəlb etməlidir.