Qeyri-Bank

«Vaxtı keçmiş borcumuz yoxdur, varsa sübut eləsinlər» - NAZİRLİYƏ CAVAB

«Vaxtı keçmiş borcumuz yoxdur, varsa sübut eləsinlər» - NAZİRLİYƏ CAVAB | FED.az
12:22 5 Dek 2018

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov Kənd FED.az-a müraciət edərək Təsərrüfatı Nazirliyinin Kənd təsərrüfatı layihələrinin idarə edilməsi Xidmətinin rəhbəri Mirzə Əliyev tərəfindən haqqında səslənən ittihamlara cavab verib.

ELƏCƏ DƏ BAX: Nazirlikdən Kredit İttifaqları Assosiasiyasının sədrinin iddialarına cavab

Xatırladaq ki, Assosiasiya rəhbəri ötən gün FED.az-a nazirliyin və adı çəkilən xidmətin kredit ittifaqlarının fəaliyyətinə o qədər də diqqət ayırmadıqlarını birdirmişdi. Cavabında Xidmətin rəhbəri Mirzə Əliyev bildirib ki, Assosiasiya sədrinin bu bəyanatı əslində «öz qanunsuz əməllərini ört-basdır etmək» məqsədi daşıyır. M.Əliyev bildirib ki, C,Süleymanovun təsisçisi olduğu «Aran» kredit ittifaqını özünü vəziyyəti ağırdır və böyük məbləğdə problemli borcları var.

ELƏCƏ DƏ BAX: Fermerlərə dəstək verməlidir, amma özünə dəstək lazımdır - AÇIQLAMA

Amma C.Süleymanov bu təyanatının düzgün olmadığını bildirir: «Nə mənim, nə də təsisçisi olduğum təşkilatın heç kim qarşısında vaxtı keçmiş borcumuz yoxdur və olmayıb da. Hazırda kreditlərimiz var və onları qrafikə uyğun qaytarırıq. Daha dəqiqi bunlar sahibkarlara verilən kreditlərdir və onlar bizim xəttimizlə alınıb və geri qaytarılır. Vəsaitlərimizin də 95%-i aqrar sahəyə verilib».

Assosiasiya rəhbəri bildirir ki, əgər nazirliyin bununla bağlı sübutları varsa, təqdim etsin.

Digər xəbərlər