İyunun 29-da, saat 11:00-da “Union Lizinq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, ev 4, Xarici Dairəvi Yol ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin illik hesabatlarının, balans və mənfəət və zərər hesabatının təsdiq edilməsi, maliyyə vəziyyətinin müzakirə olunması məsələləri daxildir.
Xatırladaq ki, "Union Lizinq" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 40 000 manatdır. Şirkətin səhmləri 100% Abdul Rüfət oğlu İsmayılova məxsusdur.
Eləcə də bax: “Azərtütün” Belarusa tütün məhsulları ixrac edəcək