“Union Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 230 min manat zərərlə başa vurub.
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 3 dəfə çoxdur.
Bu il yanvarın 1-nə “Union Kredit”in aktivləri 211 min manat olub ki, bu da illik müqayisədə 43,3% azdır. Bunun 103 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un krredit portfeli 32,7% kiçilib.
Hesabat dövründə “Union Kredit”in öhdəlikləri 50,4% artaraq 209 min manata çatıb, balans kapitalı isə 99,4% azalaraq 1 min manata düşüb.
Xatırladaq ki, “Union Kredit” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 452 min manatdır. (Report)