“Standard Lizinq” MMC 2017-ci ili 760 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2016-cı ildən 1,303 milyon manat xalis zərərlə çıxmışdı.
FED.az xəbər verir ki, ötən il “Standard Lizinq”in maliyyə lizinqindən gəlirləri 437 min manat, əməliyyat lizinqindən gəlirləri 1,821 milyon manat,müddətli depozitlərin yerləşdirilməsindən gəlirləri 10 min manat, debitor borcların dəyərsizləşməsi üzrə ehtiyatların bərpasından gəlirləri 1,311 milyon manat, məzənnə fərqindən zərəri 151 min manat,digər zərəri 321 min manat, müddətli borc öhdəlikləri üzrə maliyyə xərcləri 229 min manat, inzibati və sair əməliyyat xərcləri 1,877 milyon manat, təxirə salınmış vergi xərci 156 min manat, mənfəət vergisi xərci isə 84 min manattəşkil edib.
Bu il yanvarın 1-nə “Standard Lizinq”in aktivləri 26,013 milyon manat olub ki, bu da illik müqayisədə 3,3% azdır. Bunun 15,164 milyon manatı investisiya mülkiyyətidir. 2017-ci ildə bu rəqəm 1,1% artıb.
Hesabat dövründə şirkətin öhdəlikləri 5,8% azalaraq 16,404 milyon manata düşüb. Bunun 13,366 milyon manatı müddətli borc öhdəlikləridir. Ötən il bu rəqəm 5,2% artıb.
İl ərzində “Standard Lizinq”in balans kapitalı isə 1,4% artaraq 9,609 milyon manat olub.