Bu ilin I yarısında Azərbaycan BOKT-larının kredit portfeli 681,6milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövü ilə müqayisədə 184,4 milyon manat və ya 37% artıb.
Ötən ilin eyni dövründə kredit portfeli 492,7 milyon manat idi.
Ümumi kredit portfelindən kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatın məbləği 50,9 milyon manat olub ki, bu da illik müqayisədə 10,2 milyon manat (25%) çoxdur.
Nəticədə I yarımildə BOKT-ların xalis kredit portfeli illik müqayisədə 174,2 milyon manat (38%0 artımla 456,6 milyon manata bərabər oluib.