“SF Azerbaijan" BOKT ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, təşkilat ötən ili 921 min manat zərərlə bitirib. Halbuki 2022-ci ildə 401 min manat zərər etmişdi. Beləliklə, illik zərər son bir il ərzində 520 min manat (2,3 dəfə) artıb.
Bununla belə BOKT 2022-ci ildə cəmi 270 manat gəlir əldə etməsinə baxmayaraq 2023-cü ildə bu göstərcini 10 milyon 273 min manata çatdırıb.
Faiz xərcləri 723 min manata bərabər, ötən il olmayıb.
Kredit təşkilatının ötən il 3 milyon 678 min manat (9,8 dəfə) artaraq 4 milyon 94 min manata yüksəlib, haqq və komissiya xərcləri 2 milyon 232 min manat, mənfəət vergisi 437 min manata bərabər olub.
BOKT ötən il 19 milyon 875 min manbat cəmi aktivlərə malik olub, halbuki əvvəlki ildə bu göstərici 134 min manata bərabər idi.
Öhdəliklər isə 20 milyon 662 min manat və ya 3600 dəfə artaraq 21 milyon 236 min manata bərabər olub.
Təşkilatın 1 milyon 661 min manatlıq yığılmış zərəri 300 min manatlıq nizamanmə kapitalını silib və balans kapitalı mənfi 1 milyon 361 min manata düşüb.