Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 21-i İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) müvəkkil kredit təşkilatıdır.
FED.az xəbər verir ki, bununla da Fondun fəaliyyəti yerli bankların 70%-ni əhatə edir.
Bu baxımdan mikromaliyyə qurumları ilə bağlı vəziyyət isə ürəkaçan deyil. Belə ki, SİF ölkədəki 42 bank olmayan kredit təşkilatından cəmi 6-sı və yaxud 14,3%-i ilə əməkdaşlıq edir. 49 kredit ittifaqından isə 15-i və yaxud 30,6%-i Fondun siyahısındadır.