2016-cı illə müqayisədə “FİNOKO”nun xalis mənfəəti 8,5 dəfə azalıb. Şirkət 2016-cı ili 226 min 791 manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin düşməsinin səbəbi xərclərin artmasıdır.
FAİZ GƏLİRİNİN BÖYÜK HİSSƏSİNİ XƏRCLƏR SİLİB
Ötən il 2016-cı illə müqayisədə “FİNOKO”nun faiz gəlirləri 9,2% artaraq 2 milyon 587 min manata qalxıb. Faiz xərcləri, inzibati və digər əməliyyat xərcləri kəsin artdığından vergidən əvvəlki mənfəət 427,5 min manatdan 59 min manata düşüb. Ötən il təşkilat 32 min 641 manat mənfəət vergisi ödəyib.
KREDİT PORTFELİ ARTIB
31 Dekabr 2017-ci il tarixində “FİNOKO” BOKT ASC-nin müştərilərə verdiyi cəmi kreditlər 11 milyon 318 min manat təşkil edib. 2016-cı ilin sonunda bu rəqəm 10 milyon 537 min manat idi.
Əlavə edək ki, 2017-ci ildə “FİNOKO” BOKT ASC tərəfindən “Union Kredit” MMC BOKT satın alınıb. “Union Kredit”i özünə birləşdirməsi nəticəsində “FİNOKO” BOKT –ın kredit portfeli və faiz gəliri artıb.
Qeyd edək ki, “FİNOKO” BOKT ASC Əliyev Elçin Rəşid oğluna (50%) və Əliyev Elmar Rəşid oğluna (50%) məxsusdur.

