«Regional BOKT» 2022-ci ilin nəticələrini açıqlayıb.
«Kəpəz BOKT» sürətlə böyüyür – MƏNFƏƏTİ 18 DƏFƏ ARTIB - HESABAT
FED.az xəbər verir ki, 2022-ci ildə şirkətin gəlirləri artsa da, mənfəəti aşağı düşüb.
Hesabata əsasən 2022-ci ildə şirkətin aktivləri 500 min manata yaxın artaraq 1,7 milyon manat olub.
Artım demək olar ki, bütünlüklə şirkətin kredit portfelinin hesabına baş verib – 1,2 milyon manat.
«Regional BOKT» aktivlərindəki və kredit portfelindəki bu artıma istiqraz buraxılışı və 420 min manat borc cəlb etməklə nail olub.
Regional BOKT bir neçə bölgədə filiala malik olmasına baxmayaraq, şirkətin daşınmaz əmlakı demək olar ki, yoxdur – cəmi 72 min manatlıq əsas vəsaitləri mövcuddur.
Şirkətin hesablarındakı nağd pul vəsaitləri isə 30 min manat azalaraq 353 min manata enib.
İstiqraz buraxılışı hesabına şirkətin öhdəlikləri də kəskin artaraq 1 milyon 236 min manata yüksəlib.
Bunun 532 min manatı kreditlərin payına düşür.
2022-ci ilin sonuna «Regional BOKT»un kapitalı 515 min manatdır.
Ötən il «Regional BOKT»un mənfəəti azalıb.
Hesabata görə, 2022-ci ildə BOKTun faiz gəlirləri 3 dəfə artaraq 344 min manata, faiz xərcləri isə 4 dəfə artaraq 124 min manata yüksəlib.
2022-ci ildə şirkətdə əmək haqları da 3 dəfə artaraq 102 min manatı keçib.
Nəticədə şirkət ili 35,3 min manat xalis mənfətələ tamamlayıb. Bu 2021-ci illə müqayisədə 17 min manat və ya 32% azdır.