“Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) ilk dəfə istiqraz buraxmağa hazırlaşır.
Eləcə də bax: “İnvestAZ”ın dəstəyi ilə daha bir şirkət - İSTİQRAZ BURAXIR
FED.az BOKT-a istinadən xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 500 manat olacaq 840 ədəd istiqrazdan (420 min manatlıq) gedir.
Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək. Onları fiziki şəxslərin əldə edəcəyi gözlənilir.
İstiqrazlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 15% təşkil edəcək. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PSG-Kapital İnvestisiya Şirkəti” QSC-dir. (Renkinq)